Modern.az

Eldar Əzizov: “Bakı sakinləri sürətlə dünya idmanına inteqrasiya edirlər”

Eldar Əzizov: “Bakı sakinləri sürətlə dünya idmanına inteqrasiya edirlər”

Aktual

12 Fevral 2020, 11:19

"2016-ci ildən bu vaxta qədər Azərbaycana səfər edən turistlərin sayı 4 dəfə artıb".

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları”adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Bakı meri qeyd edib ki, 2016-cı ilə qədər ölkədə 148 otel movcud idi:

 

"İndi isə otellərin sayı 200-dən çoxdur. Bu da ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli yarışların turizmin inkişafına nə qədər fayda verdiyinin göstəricisidir".

 

E. Əzizov onu da vurğulayıb ki, beynəlxalq əhəmiyyətli tədbirlər həm də sakinləri bir-birinə yaxın edir:

 

"Sakinlər böyük sürətlə dünya idmanına inteqrasiya edirlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV