Modern.az

Nazir bu il Bakıda keçiriləcək beynəlxalq yarışlardan danışdı

Nazir bu il Bakıda keçiriləcək beynəlxalq yarışlardan danışdı

Aktual

12 Fevral 2020, 11:24

"Hər il ölkəyə gələn 3 milyondan artıq turist içərisində "Formula 1"ə maraq göstərənlərin sayı çoxdur".

 

Modern.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları”adlı beynəlxalq konfransda çıxışı zamanı qeyd edib. O, bildirib ki, I Avropa Oyunlarında 600, İslam Olimpiya Oyunlarında 46 əcnəbi mütəxəssis ölkəmizə səfər edib:

 

"Avropa Gənclər Yay Olimpiya Festivalı isə yalnız yerli mütəxəssislərlə həyata keçirilib. Son 10 illikdə Azərbaycanda idmanın əksər növləri üzrə yarışlar keçirilir. 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış keçirilib. Bu il də beynəlxalq yarışlara ev sahibliyi edəcəyik. Fevral ayından etibarən turnirlər, o cümlədən, futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıda təşkil ediləcək". 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV