Modern.az

İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova

İrandan gələn avtobuslar hər gün dezinfeksiya olunur - Nuridə Allahyarova

Aktual

24 Fevral 2020, 09:46

İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

 

Bunu Modern.az-açıqlamasında Dövlət Abtomobil Nəqliyyatı Xidməti (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

O qeyd edib ki, sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib:

 

"Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq".

Sizə yeni x var
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!