Modern.az

Əsəd  hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident

Əsəd  hücumun əvəzini çox ağır verəcək - Vitse-prezident

Aktual

28 Fevral 2020, 09:32

 “Əsəd və müharibə cinayətkarları kimi tarixə düşəcək rejim ünsürləri İdlibdəki alçaq basqının bədəlini ağır ödəyəcəklər”.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbər görə, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay mətbuata verdiyi yazılı açıqlamada bildirib.

 

O qeyd edib ki, tarixə müharibə cinayətkarı kimi həkk olunacaq terrorçu dövlət başçısı hücumun əvəzini çox ağır verəcək:

 

“Allah şəhidlərimizə rəhmət eləsin. Yaralılarımıza şəfa diləyirəm”.

 

Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. İndiyədək 33 türk əsgəri şəhid olub, 36 hərbçi yaralanıb.

Sizə yeni x var
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!