Modern.az

Məşhur futbolçu Ronaldinyonun həbsinə qərar verildi

Məşhur futbolçu Ronaldinyonun həbsinə qərar verildi

Aktual

7 Mart 2020, 09:03

Paraqvayın Baş Prokurorluğu futbolçu Ronaldinyonun həbsi üçün order verib.

 

Modern.az-ın məlumatına görə, ölkənin Baş Prokurorluğunun "Twitter" səhifəsində deyilir: "Ronaldinyo saxta şəxsiyyət vəsiqəsindən istifadə etməkdə ittiham olunur, Baş Prokurorluq onun həbsinə dair order verib və ilkin həbsini tələb edib".

Martın 4-də Paraqvayda Ronaldinyo və qardaşı Robertonun yerləşdikləri otel nömrəsində axatrış keçirilərkən futbolçunun və qardaşınn adına saxta pasportlar aşkar edilib. Martın 7-də Ronaldinyo prokurorluqda ifadə verib.

 

Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı