Modern.az

Son bir həftədə respublikada 95 minə yaxın ağac əkildi

Son bir həftədə respublikada 95 minə yaxın ağac əkildi

Aktual

8 Mart 2020, 10:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul” devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.

 

ETSN-nin mətbuat katibi İradə İbrahimova Modern.az-a bildirib ki, martın 7-də nazirliyin kollektivi rəhbərliklə birgə Cəngidə 2 hektar ərazidə 2 000-ə yaxın müxtəlif cinsli ağac əkib.

 

Martın 6-da isə Şabran rayonu ərazisində 2 000-dən çox şam ağaçı əkilib.

 

“Mövsümün sonunadək davamlı olaraq ağacəkmə aksiyaları bütün rayonlarda keçiriləcək və hər həftə ağac əkinləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə o bildirib.

 

Nazirlik sözçüsü qeyd edib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib, 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb.

 

Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.  

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır