Modern.az

Yevlaxda yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var

Yevlaxda yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var

Aktual

8 Mart 2020, 17:09

Yevlax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşağı Qarxun kəndində qeydə alınıb.

 

Yük avtomobilinin "Mercedes" markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilində olan Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Rafael Əliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı