Altıncı çağırış Milli Məclisin ilk iclası davam edir.
Modern.az xəbər verir ki, iclasda parlamentin sədri və sədr müavinlərinin seçkisindən sonra komitə sədrlərinin seçkisi də keçirilib.
Yeni seçilən komitə sədrləri arasında millət vəkili Qənirə Paşayeva da var. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçilib.
Qeyd edək ki, Qənirə Paşayeva 105 saylı Tovuz seçki dairəsindən deputat seçilib.
Turan ASLAN