Modern.az

Qazaxda avtomobil çay evinin müştərilərini vurdu

Qazaxda avtomobil çay evinin müştərilərini vurdu

Aktual

10 Mart 2020, 22:14

Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

Modern.az  "Report"a  istinadən  xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər - sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı