Modern.az

Xaricdən gələnlər qarşısında tələb - Bunlara əməl edin

Xaricdən gələnlər qarşısında tələb - Bunlara əməl edin

Aktual

11 Mart 2020, 12:50

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün müddətində etməli olduqları qaydaları açıqlayıb.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər.

 

Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır: "Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır. Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı