Modern.az

“Azərişıq” da koronavirusa qarşı tədbirlərə başladı

“Azərişıq” da koronavirusa qarşı tədbirlərə başladı

Aktual

11 Mart 2020, 13:57

"Azərişıq" ASC koronavirus təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlərə başlayıb.

 

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

 

"Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində martın 10-da "Azərişıq" ASC-nin inzibati binasında,cəmiyyətin region və rayon elektrik şəbəkələrində,Tədris mərkəzlərində, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında,199 saylı cağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keşirilib və mütəmadi davam etdirilir", - deyə mətbuat katibi bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı