Modern.az

Daha iki partiya sədri PA-ya çağırıldı

Daha iki partiya sədri PA-ya çağırıldı

Aktual

11 Mart 2020, 15:50

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri görüşləri davam edir.

 

Modern.az-ın məlumatına görə, Ədalət Vəliyev daha iki partiyanın sədri ilə görüşüb.

 

Ədalət Vəliyev bu dəfə ayrı-ayrılıqda Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və “Azərbaycan Mübarizləri” Partiyasının sədri Ağadur Müslümov ilə görüşərək müzakirələr aparıb.

 

Görüşdə siyasi dialoq və əməkdaşlıq perspektivləri, ictimai-siyasi vəziyyət, partiyaların ictimai-siyasi proseslərdə rolu və s. məsələlərin müzakirə edildiyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı