Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın sədri
Şahin Mustafayev − Azərbaycan Respublikası Baş Nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə də Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib.
“Dövlət Komissiyasının sədri
Şahin Mustafayev − Azərbaycan Respublikası Baş Nazirinin müavini
Dövlət Komissiyasının üzvləri
Naxçıvan Muxtar Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru.”.