Modern.az

Avropa Parlamenti də “virus tətili” elan etdi

Avropa Parlamenti də “virus tətili” elan etdi

Aktual

11 Mart 2020, 19:32

Avropa Parlamenti COVID-19 virusunun yayılması ilə bağlı qabaqlayıcı tədbirlər qismində bu həftə yalnız bir iclas keçirəcək.

 

Modern.az-ın məlumatına görə, ilkin olaraq Strasburqda bir neçə iclasın keçirilməsi planlaşdırılmışdı. Amma virusun yayılması nəzərə alınaraq, Avroparlament əvvəlcə riskli səfərlərdən qaçmaq üçün Brüsseldə qalmağı qərara alıb. Daha sonra yalnız bir dəfə iclas keçirmək və bununla da “virus tətili” elan etmək qərarına gəlib (azərtac).

 

Bir sıra deputatlar bunun ağıllı addım və başqaları üçün nümunə olduğunu vurğulayıb. Digərləri isə bununla Avroparlamentin epidemiya təhlükəsi qarşısında öz acizliyini nümayiş etdirdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı