Modern.az

Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı

Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı

Aktual

11 Mart 2020, 20:28

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Modern.az Publika.az-a istinadən xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.

Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkar ediblər.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı