Modern.az

İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edildi - FOTO

İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edildi - FOTO

Aktual

12 Mart 2020, 12:44

Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib. 

 

İnstitutdan Modern.az-a verilən məlumata görə, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir. Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib. 

 

Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...