"Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən qida məhsullarının ödənilməsilə bağlı heç bir problem yoxdur".
Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.
M.Cabbarov qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı ehtiyat mövcuddur:
"Panikaya heç bir əsas yoxdur. Qida istehsaçıları və idxalçıları ilə görüşlər keçirmişik və ölkədə bir neçə aylıq bütün əsas məhsullar üzrə ehtiyatlar mövcuddur".
Nazir bildirib ki, iqtisadi təhlükəsizlik daim ölkənin diqqət mərkəzindədir:
"Hazırda koronavirusla sərhədlərimizdə tətbiq olunan məhdudiyyətlər yükdaşımalar şamil edilmir. Mövcud vəziyyət insanların hərəkətinə məhdudiyyəti nəzərdə tutur. Mal-məhsulun daşınması ilə bağlı məhdudiyyət tətbiq edilmir. İranla sərhəd 2 həftədir ki, bağlı olsa da yükdaşımalar,malların gətirilib-aparılmasına heç bir məhdudiyyət yoxdur".