Modern.az

"Sampdoriya"da koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı

Aktual

15 Mart 2020, 11:36

İtaliyanın "Sampdoriya" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, bu, polşalı müdafiəçi Bartoş Bereşinskidir.

 

27 yaşlı Bereşinski Genuya təmsilçisinin koronavirus testi müsbət nəticələnən 7-ci oyunçusudur. Daha əvvəl Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Morten Torsbyu, Antonio La Qumina və Fabio Dapaoliyə belə bir diaqnoz qoyulub.

 

Beləliklə, İtaliyada koronaviruslu futbolçuların sayı 11-ə çatıb. "Sampdoriya"nın oyunçularından əlavə, "Yuventus"dan Daniele Ruqani, "Fiorentina"dan isə Duşan Vlahoviç, Patrik Kutrone və Xerman Pesselyadan da COVİD-19 virusu tapılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir