Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın xəbərinə görə hadisə rayonun Kürdəmir kəndində qeydə alınıb.
"VAZ 2106" markalı minik və "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində rayonun Qızmeydan kənd sakinləri, 2003-cü il təvəllüdlü Süleymanov Nüsrət Süleyman oğlu və 1980-ci il təvəllüdlü Cəbrayılov Raqib Cəbrayıl oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.