Modern.az

Lənkəranda yol qəzası, xəsarət alanlar var

Lənkəranda yol qəzası, xəsarət alanlar var

Aktual

15 Mart 2020, 13:48

Lənkəranda xəsarətlə nəticələnən yol qəzası olub.

 

Modern.az-ın Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Nizami və H.Z.Tağıyev küçələrinin kəsişməsində baş verib.

 

“20-CX-430” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil “42-CA-298” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ-2106”nın sürücüsü, Kərgəlan kənd sakini, 1970-ci il təvəllüdlü Bəhram Əzim oğlu Hüseynov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Səliqə Əliağa qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qəzanın başvermə səbəbi araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!