Modern.az

Zərdabda toy vaya döndü: 2 nəfər bıçaqlandı

Zərdabda toy vaya döndü: 2 nəfər bıçaqlandı

Aktual

15 Mart 2020, 15:51

Zərdabda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın xəbərinə görə, hadisə rayonun Şahhüseynli kəndində keçirilən toy mərasimində qeydə alınıb.

 

Kənd sakini, 1996-cı il təvəllüdlü Əqdəm Abdulməcid oğlu Babayev şəxsi münasibətlər zəminində həmkəndliləri - Rəşad Qara oğlu Qarayevə və Şəmsi Böyükəli oğlu Qarazadəyə üzərində gəzdirdiyi bıçaqla ağır xəsarətlər yetirib. Hər iki yaralı Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Lakin zərərçəkənlərin vəziyyətləri ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Ə.Babayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir