Modern.az

Azərbaycan əsilli qadın Almaniyada yandırılaraq öldürdü

Azərbaycan əsilli qadın Almaniyada yandırılaraq öldürdü

Aktual

15 Mart 2020, 19:07

Almaniyada Azərbaycan əsilli qadın hücuma məruz qalaraq öldürülüb.

 

Bu barədə Modern.az “Radiobielefeld”ə istinadən xəbər verir.

 

Məlumata görə, hadisə Şimali Reyndə baş verib.

 

Lemqo şəhərində maskalı velosipedçi 33 yaşlı piyadanın başına daha əvvəl tezalışan mayeyə batırılmış yanan əski atıb. Nəticədə qadın ikinci dərəcəli yanıq xəsarətləri alaraq ölüb. Məlumata görə, ölən şəxs Azərbaycan əsillidir.

Hadisəni törədən şəxsin axtarışları davam edir. Cinayətin başvermə səbəbi hələ məlum deyil. 

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi