Gürcüstanın Azərbaycandakı səfirliyi və konsulluq xidməti fövqəladə iş rejimində fəaliyyət göstərir.
Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.
Azərbaycanda olan Gürcüstan vətəndaşlarının sorğularının operativ cavablandırılması məqsədilə səfirlikdə +994 50 250 07 10 saylı “qaynar xətt” yaradılıb.