İspaniyanın “Barselona” klubunun müdafiəçisi Mark Kukurelyanın gələcək karyerasına aydınlıq gəlib.
Modern.az xəbər verir ki, icarə əsasında “Xetafe”də çıxış edən futbolçu bu klubda qalacaq.
Xetafenin eyniadlı təmsilçisi Kukurelya üçün Kataloniya təmsilçisinə 6 milyon avro ödəyib. Bu, icarə müqaviləsinin şərtlərinə əsasən gerçəkləşib.
Barselonalılar müdafiəçinin gələcək transferindən də qazanacaq. “Xetafe” futbolçunu satsa, məbləğin 40 faizi kataloniyalılara çatacaq.