Modern.az

Bakıda itkin düşən 7 nəfər tapıldı

Bakıda itkin düşən 7 nəfər tapıldı

Aktual

16 Mart 2020, 10:42

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) iki gün ərzində paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

BŞBPİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14-15 mart tarixlərində 58 cinayətin üstü açılıb.

 

Onlardan 18-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Narkotiklərlə əlaqəli 15, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 23 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

 

İtkin düşən kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?