Modern.az

UNEC rektorundan  təhsilini xaricdə yarımçıq qoyan  tələbələrimizə təklif  - Nümunəvi addım

UNEC rektorundan  təhsilini xaricdə yarımçıq qoyan  tələbələrimizə təklif  - Nümunəvi addım

Aktual

16 Mart 2020, 11:53

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov xaricdə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib.

 

Müraciətdə bildirilir ki, xaricdə oxuyan bir sıra azərbaycanlı tələbə koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıb. Rektor həmin tələbələrə dərslərində geri qalmamaları üçün  UNEC-də distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edib.

 

Müraciətdə dərslərin həmin tələbələrə ödənişsiz təqdim ediləcəyi bildirilib. Qeyd edilib ki, tələbələr seçimlərinə uyğun olaraq, dərsləri Azərbaycan, türk, ingilis və ya rus dillərində dinləyə bilərlər. Yekunda isə tələbələrin istəyinə uyğun olaraq, dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər. 

 

UNEC-də distant dərslərə qoşulmaq üçün //kabinet.unec.edu.az/ səhifəsinə və bununla əlaqədar təlimatla tanış olmaq üçün shorturl.at/ptzB5 səhifəsinə müraciət etmək lazımdır.(Azərbaycan müəllimi)

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?