Modern.az

Lənkəran İndoneziyanın Boqor şəhəri ilə qardaşlıq əlaqələri qurur - FOTO  

Lənkəran İndoneziyanın Boqor şəhəri ilə qardaşlıq əlaqələri qurur - FOTO  

Aktual

16 Mart 2020, 12:39

Lənkəranın qardaşlıq əlaqələri qurmağa hazırlaşdığı növbəti şəhər İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhəridir.

 

Modern.az xəbər verir ki, bu münasibətlə martın 14-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor, doktor, H.Husnan Bey Fananienin və İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhərinin İcra hakimiyyətinin başçısı Bima Arya Sugiartonun başçılıq etdiyi nümayəndə heyəti Lənkəran şəhərinə işgüzar səfərə gəlib.

 

Lənkəran ŞİH başçısı Taleh Qaraşov tərəfindən qəbul olunan qonaqlara Lənkəranın tarixi, təbiəti, təsərrüfat həyatı və sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib.

 

Səfir və Boqor şəhərinin İcra hakimiyyətinin başçısı  səmimi qəbula görə minnətdarlıq edərək Boqor şəhərinin Lənkəranla qardaşlıq əlaqələrinin qurulmasının hər iki ölkənin döstluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni töhfə olacağını bildiriblər.

 

Sonra tərəflər arasında təhsil, kənd təsərrüfatı və turizm sahəsində gələcək əməkdaşlıq əlaqələri və təcrübə mübadilələr ilə bağlı fikir mübadiləsi aparılaraq göstərilən sahələr üzrə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb.

 

Görüşün sonunda Lənkəranla Boqor şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı niyyət məktubu imzalanıb. Qəbuldan sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində bir qrup yerli iş adamı ilə görüşüb söhbət ediblər. Söhbət zamanı iş adamlarına Boqor şəhərinin iqtisadiyyatı və təsərrüfat həyatının müxtəlif sahələri barədə ətraflı məlumat verən  Bima Arya Sugiarto eyni zamanda sahibkarları maraqlandıran sualları da cavablandırıb.

 

Sonra İndoneziyalı qonaqlar Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzinin müzeyi, Tarix-diyarşünaslıq müzeyinin yerləşdiyi Xan evi, Xalça fabriki, “Green east” çəltikçilik təsərrüfatı, “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyaları, “Hallobonq” sitrus təsərrüfatı, İstisu müalicə və istirahət mərkəzi və digər görməli yerlərlə tanış olublar.

 

Həmin gün İndoneziyalı qonaqların şərəfinə rayonda istehsal olunmuş ərzaq məhsullarından yerli mətbəxə uyğun hazırlanmış nahar süfrəsi açılıb.

 

Nahardan sonra qonaqlar Bakı şəhərinə yola düşüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?