Modern.az

Yaponiyadakı səfirliyimizdən həmvətənlərimizə müraciət

Yaponiyadakı səfirliyimizdən həmvətənlərimizə müraciət

Aktual

16 Mart 2020, 14:39

Azərbaycanın Yaponiyadakı səfirliyi akkreditə olduğu ölkədə yaşayan həmvətənlərimizə COVlD-19 epidemiyasının sürətlə yayılması ilə bağlı müraciət edib.

 

Modern.az xəbər verir ki, səfirlikdə bu ölkədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan həmvətənlərimizin yeni koronavirusla əlaqədar mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə “qaynar xətt” də yaradılıb.

 

Müraciətin mətnində deyilir:

 

“COVID-19-un yayılmasının qarşısının alınması məqəsədilə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı tədbirlər görülür. Bununla bağlı, Azərbaycanın Yaponiyadakı səfirliyində bu ölkədə müvəqqəti və daimi yaşayan həmvətənlərimizə lazımi köməyin göstərilməsi üçün “qaynar xətt” yaradılıb. Əlaqə telefonu +8170-3844-2000. Bundan əlavə, [email protected] elektron poçtu vasitəsilə də əlaqə saxlamaq olar.

Hər hansı bir sualınız olduğu təqdirdə əlaqə saxlamağınızı xahiş edirik”.

 

Bundan əlavə, müraciətdə həmvətənlərimizdən yeni koronavirusdan səmərəli şəkildə qorunmaq üçün Yaponiyanın müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləmək, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etmək, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmaq və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinmək, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçmək xahiş olunur.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?