Modern.az

“AZƏRİQAZ” İB xüsusi iş rejimində hansı xidmətləri göstərir? - SİYAHI  

“AZƏRİQAZ” İB xüsusi iş rejimində hansı xidmətləri göstərir? - SİYAHI  

Aktual

16 Mart 2020, 15:21

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması tədbirləri, eləcə də insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyələr nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətində martın 15-dən 20-dək məhdudlaşma aparılıb.

 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun Modern.az-a verdiyi məlumata görə, müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz" bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir.

 

Həmin xidmətlər aşağıdakılardır:

 

1. İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;

 

2. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;

 

3. Qüsurlu ödənişlərin bərpası;

 

4. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;

 

5. Koda düşmüş kartların bərpası;

 

6. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.

 

C.Səfərov qeyd edib ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?