Modern.az

BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti dayandırıldı

BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti dayandırıldı

Aktual

16 Mart 2020, 18:52

Bakı şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.

 

İdarədən Modern.az-a verilən məlumata görə, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!