Modern.az

Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı

Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı

Aktual

16 Mart 2020, 19:27

Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.

 

Modern.az Rusiya mətbuatına istinadən məlumat verir ki, RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

 

Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.

 

Analoji addım Özbəkistanla bağlı da atılıb.

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı