Modern.az

Daha bir azərbaycanlı  koronavirusdan sağaldı

Daha bir azərbaycanlı  koronavirusdan sağaldı

Aktual

16 Mart 2020, 20:06

Gürcüstanda koronavirusdan tam sağalan 55 yaşlı azərbaycanlı evə buraxılıb.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib.

Pasiyent son günlər bir neçə dəfə koronavirus testindən keçib və nəticələr mənfi olub.

O, bir həftə ərzində təcriddə qalacaq.

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı vətəndaşına koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!