Modern.az

Misirdəki Azərbaycan səfirliyində "qaynar xətt" yaradıldı

Misirdəki Azərbaycan səfirliyində

Aktual

16 Mart 2020, 22:11

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımız üçün “qaynar xətt” yaradıb.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, Misirdəki diplomatik missiyamızda bu ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları üçün 24 saat açıq olan “qaynar xətt” ( +20 1029490486) yaradılıb.

Misirdə fəaliyyət göstərən diaspor təşkilatı da "qaynar xətt"lə əlaqədar Qahirə universitetlərində təhsil alan tələbələri məlumatlandırıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?