Modern.az

Koronavirus “dustaqları”na məsləhət: Bu filmlərə baxın, bu kitabları oxuyun, bu mahnıları dinləyin

Koronavirus “dustaqları”na məsləhət: Bu filmlərə baxın, bu kitabları oxuyun, bu mahnıları dinləyin

Aktual

17 Mart 2020, 00:13

Koronavirus dünyada insanların aktivliyini get-gedə məhdudlaşdırır. Artıq bütöv şəhərlər, bölgələr karantinə alınır, sakinlərə konkret ərazini tərk etmək qadağan olunur. Nəticədə insanlar ailəlikcə evdən çıxa bilmir, günlərlə “korona dustağı” olurlar.

 

Ailələr evdə oturub ya koronanın psixoloji basqıları altında qalmalı, ya da elə məşğuliyyət növü tapmalıdırlar ki, pessimizmə yuvarlanmasınlar.

 

Bu mənada ailələrə hansı verilişlərə, filmlərə baxmaq, hansı musiqini dinləmək, hansı kitabı oxumaq tövsiyə oluna bilər?

 

Modern.az-a bu barədə danışan tanınmış psixoloq Nuriyyə Quliyeva insanların  marifləndirici kitablar oxumasını məsləhət görüb.

 

“Koronavirusa görə evdə qalan  insanlar maarifləndirici kitab oxusunlar. Əgər hər hansı bir ixtisas sahibidirlərsə, öz ixtisaslarında da yenilik axtarışında olsunlar və öz ixtisasları ilə bağlı kitablara da yer versinlər. Əgər fiziki, yaxud hüquqi şəxsdirlərsə, bununla bağlı “Vaxtın idarə edilməsi”, “İdarəçilik necə aparılmalıdır”, “Time menecement”, “Şəxsi inkişaf” kimi kitabları oxumağa üstünlük verə bilərlər”.

 

Nuriyyə Quliyeva eyni zamanda bir mütəxəssisin yalnız öz sahəsinə aid kitabları deyil, digər sahələrə aid də kitab oxumasını məsləhət bilir.

 

“Ümumilikdə, dünya görüşünü artıracaq bütün kitablara yer vermək lazımdır. Digər məsləhət gördüyüm kitablar arasında isə Mett Heyqin “Sağ qalmaq üçün səbəblər”, “Həyat evdə başlayar”, “Qəlbin təmizsə hekayən xoşbəxt bitər” və.s” kitablardır”.

 

 

Filmlərə bağlı məsələyə toxunan Nuriyyə Quliyeva maarifləndirici dram filmlərinə üstünlük verməyi düzgün sayır:

 

“Maarifləndirici filmlərə üstünlük verilsin. Ən çox tövsiyə etdiyim kino “Təcrübə” (Eksperiment) adlanır. Tam psixoloji film olmasa da, dövrümüzün psixologiyasını, durumunu tam əhatə edir. “Təcrübə”də çox maraqlı təfərrüatlar ortaya çıxır. Mütləq tövsiyə etdiyim filmlərdən biridir. Amma orada müəyyən şiddət səhnələri var ki, azyaşlıların ona baxması məsləhət deyil. Bu film hər kəsin marağına səbəb olacaq bir filmdir. Bundan başqa, azyaşlılar üçün animasiya filmləri də var”.

 

Psixoloq bu zaman qorxulu və fantastik filmlərdən uzaq durmağı məsləhət görür.

 

“Bunlardan başqa “Pianist”, “Temple grandin” (elmi kinodur), “Mənim dünyam” (söhbət görmə məhdudiyyətli gənc qızın həyatından gedir) kimi filmlər də böyük maraq doğura bilər. Hər kəs üçün zövq aldığı janrda olan filmlərə üstünlük verməsi məsləhətdir. Təbii ki, qorxu və fantastik  filmlərdən zövq alan insanlar da var. Lakin bu dönəmdə baxmamaqları məsləhətlidir.”

 

Koronavirus dönəmində evdə gərgin ab-hava, koronavirus haqda bədbin söhbətlərin olmaması, uşaqları qorxu filmlərindən və çizgi filmlərdən uzaq tutmağın önəmi də vurğulanıb.

 

Nuriyyə Quliyeva televiziya məkanındakı vəziyyətə də toxunub. Onun fikrnicə, efirdə izləyici vaxt keçirmək üçün kifayət qədər proqramlara baxa bilər.

 

“Azərbaycan kanallarında çox gözəl intellektual verilişlər var. Bu cür verilişlərə üstünlük verməlidirlər. Çünki heç bir mənfi tərəfi olmadığı üçün ailənin hər bir üzvü onlara baxa bilər. Həm inkişaf, həm də ortaq səmərəli vaxt keçirmək baxımından bu, faydalıdır. Məktəblilər üçün təşkil olunmuş “Dərs saatları” verilişinə baxmalarını məsləhət görürəm!.

 

Mahnı dinləməyə gəlincə, psixoloq zövqlərin müxtəlif olduğunu təkrarlayıb:

 

“Hər kəs özünə məxsus bir janr seçir. Təbii ki, yaşın da rolu var burda. Gənclər daha çox roka, caza, yaşlılar isə daha çox milli musiqilərə üstünlük verirlər”.

 

Psixoloqun fikrincə, bu dönəmdə hər kəs zövqünə uyğun onu sakitləşdirən, müsbət təsir edir mahnıları dinləsə, yaxşıdır.

 

Səkinə ƏLƏKBƏR

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi