Modern.az

"QHT Şurası Katibliyi 16 aprelədək məsafədən iş rejiminə keçir" - Azay Quliyev

Aktual

17 Mart 2020, 00:29

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  əməkdaşları məsafədən iş rejiminə keçir.

 

Modern.az  xəbər verir ki, bu barədə Şura sədri Azay Quliyev  tvitter hesabında məlumat paylaşıb.

 

A.Quliyev bildirib ki, 17 martdan 16 aprelədək Şuranın iclasları onlayn, Katibliyin əməkdaşları məsafədən iş rejiminə keçəcək:

"Koronavirusla mübarizə məqsədilə 17 martdan 16 aprelə kimi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iclasları onlayn, katibliyin əməkdaşları "məsafədən iş" rejiminə keçəcək. QHT-lər SƏLİS vasitəsilə Şuranın bütün xidmətlərindən fasiləsiz faydalanmağa davam edəcəklər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi