Modern.az

Türkiyədə koronavirusa yoluxanların sayı 3 dəfə artıb

Türkiyədə koronavirusa yoluxanların sayı 3 dəfə artıb

Aktual

17 Mart 2020, 07:50

Türkiyədə yeni koronavirus infeksiyasına yoluxanların sayı 47 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində yazıb.

 

Nazir bildirib ki, daha 29 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

 

“Onların bəzisi ABŞ, Avropa ölkələri və Yaxın Şərq bölgəsində infeksiyaya yoluxublar.

 

Üç nəfər Səudiyyə Ərəbistanında olan vətəndaşdır. Xaricdən yoluxma riski yüksək olaraq qalır”- deyə, nazir əlavə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi