Modern.az

Bu gün vətəndaşlarımız İtaliyadan təxliyə ediləcək

Bu gün vətəndaşlarımız İtaliyadan təxliyə ediləcək

Aktual

17 Mart 2020, 09:12

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "Facebook" səhifəsində bildirilib.

 

"Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb. 

 

Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur.

 

Telefon nömrəsi: 06 85305557

 

Qaynar xətt: 349 8155582", - deyə qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi