Modern.az

Qobuda qadın əri tərəfindən bıçaqlandı

Qobuda qadın əri tərəfindən bıçaqlandı

Aktual

17 Mart 2020, 09:18

Abşeron rayonunda qadın bıçaqlanıb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

 

Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb.

 

Qadın xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi