Modern.az

Bərdədə avtomobil kanala aşdı, ölən və yaralananlar var

Bərdədə avtomobil kanala aşdı, ölən və yaralananlar var

Aktual

17 Mart 2020, 09:36

Bərdə rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, rayonun Lənbəran kəndi ərazisində Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə "Hyundai Elantra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək onu yolun kənarındakı kanala aşırıb.

 

Hadisə nəticəsində sürücü və sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. S.Həsənova xəstəxanada ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?