Modern.az

Koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - VİDEO

Koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - VİDEO

Aktual

17 Mart 2020, 11:44

Ötən gün ABŞ-da koronavirus əleyhinə hazırlanan peyvəndin ilk sınağı həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı açıqlama verib.

O, bildirib ki, bu, tarixin ən sürətlə hazırlanan peyvəndlərdən biridir.

 

Qeyd olunur ki, vaksin 4 nəfər sağlam könüllü üzərində test edilib. Testlərdə iştirak edən insanların heç bir risklə üzləşmədikləri qeyd olunub.

Önümüzdəki günlərdə 45 sağlam insan üzərində aparılan peyvənd testlərinin müsbət nəticə verdiyi təqdirdə, müvafiq federal qurumların icazəsindən sonra peyvəndin ictimaiyyətə təqdim edilməsi üçün 12-18 ay arası bir müddət nəzərdə tutulur.(Qafqazinfo.az)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?