Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qaydada qəbulu koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlərlə bağlı müvəqqəti olaraq dayandırıldığından onlayn videoqəbula başlanılıb.
Qurumdan Modern.az-a daxil olan məlumata görə, komitə sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla videozəng vasitəsilə əlaqə saxlayıb.
Komitə sədrinin videoqəbulu 5 saatdan çox davam edib və 40-dan çox vətəndaşın müraciəti dinlənilib.
Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılacaq.

Daha