Modern.az

UNEC-də imtahanlar da distant keçirilə bilər

UNEC-də imtahanlar da distant keçirilə bilər

Aktual

17 Mart 2020, 16:58

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) distant tədrisin mövcud vəziyyəti və gələcək perspektivləri diqqət mərkəzindədir.

 

Universitetdən Modern.az-a bildirilib ki, martın 12-dən UNEC-də başlanılan distant dərslər tədris ilinin əvvəlində təsdiqlənmiş təqvim planına uyğun olaraq aparılır.

 

UNEC-də distant dərslərin uğurlu tədrisini nəzərə alaraq, Yekun Dövlət Attestasiyasının və magistrantların dissertasiya müdafiəsinin distant aparılmasının mümkünlüyü vurğulanıb. Təhsilalanların biliyinin distant qiymətləndirilməsi üçün UNEC Eksterndə beynəlxalq standartların bütün tələblərinə cavab verən infrastrukturun və texniki imkanların mövcud olduğu bildirilib.

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə məsləhət saatları təşkil olunmaqla imtahanların distant keçirilə biləcəyi qeyd olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?