Modern.az

Azərbaycanlıların Fransada müvəqqəti yaşamaq icazəsinin müddəti uzadılır

Azərbaycanlıların Fransada müvəqqəti yaşamaq icazəsinin müddəti uzadılır

Aktual

17 Mart 2020, 20:02

Fransa hökuməti koronavirus pandemiyasının ölkə ərazisində kütləvi yayılması səbəbindən xarici vətəndaşların müvəqqəti yaşamaq icazəsinin etibarlılıq müddətini uzadır.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, ölkədə karantin rejiminin tətbiqindən dolayı müvəqqəti yaşamaq icazəsinin verilməsi və vaxtının uzaldılması kimi xidmətlər təxirə salınıb.

Ona görə də ölkə ərazisində qanuni yaşayan, lakin müvəqqəti yaşamaq icazəsi martın 16-da bitən xarici vətəndaşların sənədlərinin etibarlılıq müddəti üç ay müddətinə avtomatik olaraq uzadılacaq.

“İşləmək, sosial təminatlardan bəhrələnmək hüquqlarından məhrum olmamaları və ölkə ərazisində qanuni şəkildə yaşamaqda davam etmələri məqsədilə martın 16-da müvəqqəti yaşamaq icazəsi bitən xarici vətəndaşların sənədləri üç ay müddətinə uzaldılacaq“, - Paris Şəhər Polis Prefekturasının bu gün verdiyi qərarda bildirilir.

Qərar Fransada sığınacaq almaq üçün müraciət edən və müraciətlərinə cavab gözləyən mühacirlərə də şamil olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?