Modern.az

İtaliyada koronavirusdan 345 nəfər öldü

İtaliyada koronavirusdan 345 nəfər öldü

Aktual

17 Mart 2020, 23:31

Son gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı 345 nəfər təşkil edib.

Modern.az  xarici mediaya  istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andcelo Borrelli bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusun qurbanlarının sayı 2,5 min nəfəri ötüb.

Andcelo Borrelli qeyd edib ki, koronavirusdan sağalanların sayı 3 min nəfərə çatıb:

“Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 26 062 nəfərdir, onların 2 060 nəfəri intensiv terapiya bölməsindədir".

Məlumata görə, Lombardiyada 120 nəfər koronavirusun qurbanı olub. İtaliyanın başqa regionlarında da virusdan ölənlərin sayı artır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?