Modern.az

"Azərişıq" tətil günlərində onlayn fəaliyyət göstərəcək

Aktual

18 Mart 2020, 16:34

“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a bildirib ki, bu gündən etibarən Facebook və İnstagram vasitəsilə canlı bağlantı, eləcə də Whatsapp üzərindən müraciətlərin qəbulu həyata keçirilir:

 

“Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcək. Əsasən, yeni whatsapp nömrəmiz üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün  xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər”.

 

O həmçinin, deyib ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək:

 

“Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, Facebook, İnstagram, [email protected] və whatsapp nömrəmizə də yönləndirə bilərlər.

 

Whatsapp nömrəmiz: +994772176762

 

Facebook səhifəmiz: Azərişıq ASC”

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?