Modern.az

Bakıda piyadanı öldürən “KamAZ” sürücüsü tutulub

Bakıda piyadanı öldürən “KamAZ” sürücüsü tutulub

Aktual

23 Mart 2020, 12:44

Martın 21-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini İsmayıl Abdullayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “KamAZ” markalı avtomobillə törətməkdə şübhəli bilinən paytaxt sakini S.Ömərov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!