Modern.az

Aytəkin Alxaslı: “Qadağalara əməl etmək hər birimizin vətəndaşlıq borcudur” -VİDEO

Aytəkin Alxaslı: “Qadağalara əməl etmək hər birimizin vətəndaşlıq borcudur” -VİDEO

Aktual

27 Mart 2020, 18:47

Qadağalara necə əməl edirəm?

 

Birinci özümdən başlayıram. Koronavirusla bağlı rayon qeydiyyatlı şəxslərin Bakıya girişi qadağan olunanda Bakıda idim. Orada olduğum müddətdə heç yerə çıxmadım və ailəmizlə birgə evdə oturdum. Martın 23-ü yaşadığım Qusara qayıtdıqda həmin gün gecə 24-dən ölkədə karantin rejimi tətbiq olundu. Elə o gündən Operativ Qərargahın tələblərinə uyğun olaraq ciddi şəkildə əməl edirəm.

 

Özüm özümü ətrafdan, insanlardan, qonşu və dostlardan təcrid edərək karantin qaydalarına əməl edirəm. Gigiyenik qaydalara da həmişəki kimi ciddi əməl edirəm.

 

Yaşadığım Qusar şəhərində rəsmi qurumların, əlaqədar təşkilatların nümayəndələri şəhərdə dizenfeksiya işlərinə xüsusi diqqət yetirir, karantin qaydalarının icrasına xüsusi nəzarət edirlər. Qusar rayon mərkəzi xəstəxanasının kollektivi baş həkim başda olmaqla gecə-gündüz insanlarımızın sağlamlığı üçün çalışır.

 

Amma bəzi sakinlərin məsuliyyətsizliyi, karantin tələblərinə əməl etməməsi məndə təəssüf doğurur. Bu gün gücləndirilmiş rejimdə işləyən Qusar polis şöbəsinin əməkdaşları səsgücləndirici vasitəsi ilə əhalini karantin qaydalarına əməl etməyə, evdə qalmağa, kütləvi toplamlara yox deməyə çağırırdı. Eşitdiklərim onu göstərir ki, nəinki Qusarda, respublikamızın hər yerində karantin qaydalarına əməl etməyən vətəndaşlarımız var. Təəssüf ki, var. Görəsən, insanlarımız niyə öz sağlamlıqları naminə, evdə qalmaq istəmirlər? Bəyəm evdə məcburən qalan adamların işi-gücü, problemi yoxdu? Mən karantini pozan şəxsləri heç cür başa düşə bilmirəm. Axı niyə anlamırlar ki, evdə qalmaq həyatda qalmaq deməkdir! Evdən çıxıb həm özünü, həm ətrafdakıları, bütün insanları təhlükə altına qoymaq deməkdir!!!

 

Operativ Qərargahın qadağalarına ciddi əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Epidemiya qorxusu yaşayan bu günlərdə qaydalara əməl eləmək hər birimizin insanlıq borcumuzdur həm də.

 


Mən qadağanı pozanlara ciddi cəza verilməsini tələb edirəm. Martın 30-da yığışacaq hörmətli deputatlarımıza Milli Məclisdə Karantin haqda qanun qəbul etmələrini təklif edirəm. Axı təbabətin qızıl qaydası var: "Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır". Evdə qal - həyatda qal!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?