Modern.az

Lənkəranda 1000 ailəyə ərzaq yardımı edildi

Lənkəranda 1000 ailəyə ərzaq yardımı edildi

Aktual

11 Aprel 2020, 11:50

Şəhər İcra hakimiyyətinin humanist təşəbbüsü bəyənilir Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində zəruri profilaktik işlər ardıcıl olaraq davam etdirilir.

 

Modern.az xəbər verir ki, dezinfeksiya işləri ilə yanaşı əhali arasında təhlükəli infeksiyadan qorunmaqla bağlı təbliğat-izahat işləri aparılır, vətəndaşlara karantin qaydalarına riayət edilməsinin vacibliyi başa salınır.

 

Karantin dövründə evdə qalan insanlara, xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz şəxslərə, imtiyazlı ailələrə diqqət artırılır. Bu günlərdə Şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə bu kateqoriyadan olan vətəndaşlara müxtəlif ərzaq yardımlarının verilməsi rayonunun idarə, müəssisə, təşkilat və iş adamları tərəfindən də dəstəklənir.

Rayonda fəaliyyət göstərən iş adamı “Lənkəran Yol Tikinti” ASC tərəfindən İcra hakimiyyətinin bu təşəbbüsünə qoşularaq karantin qaydalarına riayət edib evdə qalan, maddi-məişət şəraitinin yaxşılaşmasına zəruri ehtiyacı olan 1000 ailəyə ərzaq yardımları paylanılıb. Yardımların paylanmasında könüllü gənclər yaxından iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV