Modern.az

Günay Əfəndiyevadan Koronavirusla mübarizəyə DƏSTƏK

Günay Əfəndiyevadan Koronavirusla mübarizəyə DƏSTƏK

Aktual

11 Aprel 2020, 22:55

Bildiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fərman imzalanandan sonra millət vəkilləri, QHT rəhbərləri, komitə sədrləri fonda vəsait köçürməkdə davam edirlər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevada koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq maaşını tam həcmdə ianə edib.

Bu barədə açıqlama verən Günay Əfəndiyeva bildirib ki,  insanların bu təşəbbüsü Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir:

"Cənab prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondununun yaradılmasını yüksək qiymətləndirirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, birliyinin, həmrəyliyinin göstəricisidir. Mən də öz növbəmdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq maaşını tam həcmdə ianə etdim. Ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək". (Moderator.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV