Modern.az

DGK aztəminatlı ailələrə yardım etdi - VİDEO

DGK aztəminatlı ailələrə yardım etdi - VİDEO

Aktual

13 Aprel 2020, 12:19

Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılması üçün bütün səylərini səfərbər edib.

 

Modern.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı da bu məqsədlə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına növbəti töhfəsini verib.

 

Könüllü gömrükçülərin iştirakı ilə 70-dən çox ailəyə baş çəkilib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.

 

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

 



 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV